waplog

Elektron imzanın verilməsi və istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik edilə bilər


Azərbaycanda elektron imzanın verilməsi və istifadəsi üzrə  mövcud qanunvericiliyə əlavə dəyişikliklərin edilməsi ilə bağlı təkliflər hazırlanır.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, gələcəkdə yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqi çərçivəsində elektron imzaların hüquqi şəxslər tərəfindən istifadəsi qaydalarına dəyişikliklər ediləcək.

Belə ki, hazırda mövcud qanunvericiliyə görə, bir neçə şirkətdə imza hüququ olan hüquqi şəxs hər bir şirkətdə sənəd imzalamaq üçün ayrı-ayrı elektron imzadan istifadə etməlidir, çünki elektron imza hüquqi şəxsə verilir. Gələcəkdə isə bu qaydanın yeni nəsil “İD Cardlar”ın tətbiqi çərçivəsində asanlaşdırılması gözlənilir.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL