waplog

Almaniya rəqəmli valyutanı pul forması kimi tanıyıb



Almaniya “Bitcoin” rəqəmli valyutasını qanunvericilik səviyyəsində ayrıca pul forması kimi tanıyan ilk ölkə olub. Ölkənin maliyyə naziri “Bitcoin”u pul vahidi elan edib.

Almaniyada rəqəmli valyutanın yeni statusu hökumətin hesablaşmalarda “Bitcoin”dan istifadə edərək gəlir əldə edən şirkətlərə vergi tətbiq edə bilməsi anlamına gəlir. Eyni zamanda, fərdi şəxslər virtual puldan vergisiz istifadə edə bilərlər.    

Almaniyadan alınan xəbəri ilk baxışdan müsbət qarşılayan “Bitcoin” rəqəmli valyuta istifadəçiləri çox yaxşı başa düşürlər ki, bu, dövlətin virtual pulları nəzarət altına almağa və tənzimləməyə göstərdiyi cəhdlərdən yalnız biridir. Lakin bu tənzimləmənin praktikada nə dərəcədə mümkün olacağı isə ayrıca sual doğurur.

Çünki “Bitcoin” dünyanın heç bir ölkəsinə məxsus deyil və mərkəzləşdirilmiş server olmadan müstəsna olaraq müəyyən proqram təminatı istifadəçiləri arasında dövr edir. Odur ki, rəqəmli pullardan istifadə edilərək həyata keçirilən bütün tranzaksiyalar sadəcə anonim şəklində olur, - “IT Expert www.itexpert.org.ua” yazır. 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL