waplog

Sinqapurun küçələrində sürücüsüz avtomobillər hərəkət edir


Sinqapurun küçələrində şütüyən qeyri-adi avtomobil çoxlarının diqqətini cəlb edib.
Məsələ ondadır ki, avtomobilin sükanı arxasında sürücü yoxdur. 8 sərnişin daşımağa hesablanmış qeyri-adi nəqliyyat vasitəsi şəhərin küçələrində 20 km/saat sürətlə hərəkət edir.

"ICTnews.az" elektron xəbər xidməti "telegraf.com.ua" saytına istinadən bildirir ki, qeyri-adi avtomobildə səyahəti etmək üçün, sərnişin xüsusi dayanacaqda quraşdırılmış sensor ekranda təyinat nöqtəsini seçməlidir. Məhz bu sensor ekranda elektrik avtomobilinin marşrutu göstərilir.

Elektrik avtomobilinə quraşdırılmış optik kameralar ətraf yerlərin "3D" xəritəsini çəkir. Nəticədə "Navia" elektrik avtomobili maneələrdən xilas olur, öz hərəkət zolağı ilə şütüyür. Elektrik avtomobili öz marşrutunu başa vurduqda avtomatik olaraq simsiz enerjidoldurma stansiyasına tərəf gedir. Layihənin müəllifləri əmin edirlər ki, "Navia" elektrik avtomobili ənənəvi şəhər nəqliyyatı ilə müqayisədə 30-50% daha ucuz olacaq.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL