waplog

Qırğızıstan-Türkiyə Manas Universitetində kompüter mühəndisliyi üzrə təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir


 
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Qırğızıstan-Türkiyə Manas Universitetində təhsil almaq istəyən abituriyentlər üçün kompüter mühəndisliyi, psixologiya, sosiologiya, iqtisadiyyat və turizm ixtisaslarına müsabiqə elan edir.

Komissiyadan qeyd edilib ki, kompüter mühəndisliyi və psixologiya ixtisasları üzrə müsabiqədə Azərbaycan Respublikası ali təhsil müəssisələrinə müvafiq olaraq  I və IV ixtisas qrupları üzrə  keçirilmiş qəbul imtahanlarında ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyənlər avqustun 30-dək TQDK-ya müraciət edə bilərlər. Müsabiqədən uğurla keçən 10 abituriyent Manas Universitetində dövlət sifarişi əsasında təhsil alacaq.

Qeyd edək ki, Qırğızıstan-Türkiyə Manas Universiteti Türkiyə və Qırğızıstan Respublikası tərəfindən yaradılmış beynəlxalq ali təhsil müəssisəsidir. Universitet Qırğızıstanın paytaxtı Bişkek şəhərində yerləşir.
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL