waplog

Azərbaycanda “Elektron məktəb” layihəsinə minədək məktəbin qoşulması nəzərdə tutulub



Azərbaycanda “Elektron məktəb” layihəsinə 39 ümumtəhsil məktəbi qoşulub.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, bu məktəblərdən artıq səkkizi təhsil sisteminin informasiyalaşdırılması layihəsi çərçivəsində tam elektron formata keçirilib.

Təhsil Nazirliyindən verilən məlumata əsasən, bu məktəblər sırasında 6, 7, 20, 23, 132/134 saylı  məktəbləri qeyd etmək olar. Gələcəkdə isə bu sistemə  min məktəbin qoşulması nəzərdə tutulur.
Bu məktəblərdə “Elektron jurnal” sistemi tətbiq edilib, valideynlər şagirdlərin qiymətləri haqda məlumatları SMS-bildirişlər vasitəsilə alırlar.

Paralel olaraq ümumtəhsil ocaqlarının bütün sinif otaqlarının bir noutbuk və bir proyektorla təchiz edilməsi, şagirdlərin isə hər birinə planşet və ya netbukun verilməsi  nəzərdə tutulur.

Nazirliyin gələcək planlarına eyni zamanda, Təhsilin idarəedilməsi üzrə informasiya sisteminin (TIMS) əsasında proqnozlar verməyə və təhlil aparmağa imkan verən sistematik yenilənən sistemin yaradılması nəzərdə tutulur.

Eyni zamanda kitabxanaların fəaliyyətini modernləşdirmək niyyətindədir və bu məqsədlə elektron kitabxanaların yaradılması planlaşdırılır ki, rəqəmli təhsil imkanlarından istifadə genişləndirilsin.
Gələcəkdə informasiya bazalarının və “Məzun-əlaqələndirmə-informasiya” sisteminin yaradılması üzrə tədbirlərin görülməsi, onların sistematik yenilənməsi və idarəetmə prosesində istifadə edilməsi, həmçinin elektron xidmətlərin təhsilin idarəetməsində geniş istifadə edilməsi gözlənilir.

Təhsil Nazirliyi tərəfindən hazırda vətəndaşlara 3 elektron xidmət göstərilir və 14 elektron imza sertifikatı alınıb.

Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL