waplog

İranda ilk kosmik gəmi



İran ölkə tarixində ilk pilotlu kosmik gəmi layihəsinin başa çatması barədə məlumat verib. 
 
Layihəni mütəxəssislər, Hacı Nasir Universitetindən olan Leyla Xalaczadə və Mehran Şamsom hazırlayıblar. 
 
İran kosmik gəmisi Yer planeti ətrafında, aşağı orbitdə bir neçə saat fırlana biləcək. Gəmi üç adamla kosmosa qalxa biləcək. 
 
Bundan əvvəl Tehran bildirmişdi ki, pilotlu kosmik gəmini 2020-ci ildə kosmosa buraxmağı planlaşdırır. Planlar alınsa, İran pilotlu kosmonavtikada beşinci güc ola biləcək. 
 
İran bildirib ki, 2021-ci ildə regionun aerokosmik sahəsində lider olmağı planlaşdırır. Fevralda isə ölkənin keçmiş prezidenti Mahmud Əhmədinejat bildirmişdi ki, istefadan sonra ölkənin ilk kosmonavtı olmağı düşünür. 
 
Kamal Hacıyev

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL