waplog

“iPhone” vasitəsilə "ağıllı" ev idarə ediləcək


“Apple” şirkəti “iPhone” smartfonunun "ağıllı" evi məsafədən idarə etməyə imkan verən sistemi patentləyib. Bu ixtiranın müəllifi Alan Kannistrarodur.

“ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, sözügedən sistemi tətbiq etmək son dərəcə çətindir. Məsələn, mətbəxdə qəhvə qaynadanı, dəhlizdə işıqlandırma sistemini və ya qonaq otağında kondisioneri işə salmaq üçün  hər bir qurğu (lampa və pəncərə pərdələri daxil olmaqla) “Wi-Fi”, “Bluetooth” və ya başqa simsiz protokol üzrə qoşulma imkanı təklif etməlidir.

Xatırladaq ki, sözügedən patentə hələ 2008-ci ildə müraciət olunub.

Emil Hüseynov
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL