waplog

"Tvinninq” üzrə layihə tərəfdaşlarının seçilməsi" mövzusunda seminar keçirilib


İqtisadi İnkişaf Nazirliyinin nəzdində fəaliyyət göstərən Avropa İttifaqının "Tvinninq", "TAİEX" və SİQMA Alətlərinin Proqram İdarəetmə Qurumu tərəfindən "Tvinninq" üzrə layihə tərəfdaşlarının seçilməsi" mövzusunda seminar keçirilib. "ICTnews.az"ın məlumatına görə, sözügedən tədbirdə 20-dən çox dövlət qurumunun nümayəndəsi iştirak edib.
 
Seminar zamanı Avropa İttifaqının "Tvinninq" aləti çərçivəsində layihə tərəfdaşının seçilməsi sahəsində təcrübə mübadiləsi və müzakirələr aparılıb. Həmçinin, seminarda Avropa İttifaqının texniki yardım üzrə ekspertləri tərəfindən "Tvinninq" üzrə layihə tərəfdaşlarının seçilməsi" mövzusunda təqdimat keçirilib, iştirakçılara bu sahədə yeniliklər və prioritetlər barədə ətraflı məlumat verilib.
 
Qeyd edək ki, seminar daha 2 gün ərzində davam etdiriləcək.
 
SEYMUR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL