waplog

8 QB-lıq “Nexus 4” smartfonunun satışları başa çatıb


Bu yaxınlarda “Nexus 4” smartfonunun qiymətlərinin aşağı salınması heç də təsadüfdən olmayıb. Smartfonun 8 QB-lıq modelinin satışlarının Amerikanın “Google Play” onlayn mağazasında başa çatmasını nəzərə alsaq, bu, daha çox anbar ehtiyatlarının satılmasına oxşayır. “Google”un rəsmi nümayəndəsi “The Verge” nəşrinin jurnalistlərinə deyib ki, sözügedən qurğunun ehtiyatlarının artırılması gözlənilmir.

“ICTnews.az” elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, hazırda ABŞ-da 16 QB model 249 dollar qiymətinə əlçatandır.

Xatırladaq ki, “Nexus 4” smartfonu ötən ilin oktyabrında təqdim edilib  və qurğuda “LTE” modemin yoxluğu istifadəçilərin qınaq hədəfinə səbəb olmuşdu.

Emil Hüseynov
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL