waplog

“Wikileaks”in məlumatlarının saxlanıldığı server satışa çıxarılıb


İsveçin "Bahnhof" hostinq-provayderi "Wikileaks"in məlumatlarının saxlanılması üçün istifadə olunan "Dell Poweredge R410" serverini "eBay" hərracında satışa çıxarıb.

"ICTnews.az" elektron xəbər xidməti "infox.ru" saytına istinadən bildirir ki, əsası avstraliyalı Culian Assanc tərəfindən qoyulmuş "Wikileaks" qeyri-kommersiya layihəsi 2007-ci ildə istifadəyə verilib. Layihənin əsas məqsədi məxfi məlumatların ictimaiyyətə çatdırılması olub. "Wikileaks" Amerikanın rəsmi şəxslərinin 100 minlərlə xidməti sənədini dərc edib.

"Dünyanın mövqeyini dəyişdirən server hərraca çıxarılıb. Bu, sərt disk, sistem lövhə və digər komponentlərlə təchiz edilmiş fiziki veb-serverdir. Onu işə salmaq və istifadə etmək olar. Sözügedən server "Wikileaks"dan başqa digər müştərilər tərəfindən istifadə olunmayıb" – məhsulun təsvirində bu cür yazılıb.

Emil Hüseynov
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL