waplog

“Twitter” şəbəkəsinə şəkillərin yüklənməsi funksiyası əlavə edilib


“Twitter” mikrobloqlar xidmətinə şəkillərin yüklənməsi funksiyası əlavə edilib. “Twitter”in bütün istifadəçiləri bu funksiyadan istifadə edə bilər. Gələcəkdə “Twitter” yüklənmiş şəkilləri qalereyaya əlavə etmək imkanı da daxil edəcək. Qalereyalara fotoları “Twitpic”, “yfrog” və “İnstagram” daxil olmaqla, həmçinin digər fotohostinqlərdən əlavə etmək mümkün olacaq. “Twitter” saytında bildirilib ki, yüklənən şəklin ölçüsünə limit mövcuddur. İstifadəçilər həcmi 3Mbaytdan çox olmayan şəkilləri əlavə edə bilərlər. “Twitter” şəkillərinin yüklənməsi funksiyasını “Photobucket” xidməti ilə əməkdaşlıq nəticəsində istifadəyə verib. Mikrobloqqerlər tərəfindən yüklənən bütün şəkillər “Photobucket” serverlərində saxlanılır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL