waplog

“Xiaomi” şirkəti “Mi-3” qabaqcıl smartfonunu təqdim edib


"Xiaomi" şirkəti "Full HD" təsvir ölçülü 5 düymlük ekranla təchiz edilmiş yeni "Mi-3" qabaqcıl smartfonunu təqdim edib.

"ICTnews.az" elektron xəbər xidməti  bildirir ki, təqdim edilmiş qurğuda iki müxtəlif prosessor – "NVIDIA Tegra 4" və ya "Qualcomm Snapdragon 800" istifadə oluna bilər. Əməli yaddaşın həcmi 2 QB,  daxili fləş-yaddaşın həcmi 16 və ya 64 QB təşkil edir. Aparatın arxa panelində avtofokus və LED işıqlandırıcı ilə 13 meqapiksellik kamera, ön panelində isə 2 meqapiksellik kamera var, həmçinin "Wi-Fi", "Bluetooth 4.0" və "NFC" simsiz rabitə modulları, "GPS" və QLONASS modulları mövcuddur. Akkumulyator batareyasının tutumu 3050 milliamper/saat təşkil edir. Qurğunun  ölçüləri 144x72x8,1 mm, çəkisi 145 qramdır. Aparata "MIUI5" örtüklü "Android 4.2 Jelly Bean" əməliyyat sistemi quraşdırılıb.

"Xiaomi Mi-3" smartfonu oktyabrda satışa çıxarılacaq. 16 QB daxili yaddaşla təchiz edilmiş model təxminən 327 dollar qiymətinə, 64 QB yaddaşla olan model isə 410 dollara başa gələcək.

Emil Hüseynov
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL