waplog

"Haier" şirkəti "IFA 2013" sərgisinə baxışla idarə olunan televizor gətirib


"Haier" şirkətinin Almaniyada keçirilən "IFA 2013" istehlak elektronikası  sərgisində təqdim etdiyi televizoru baxışla idarə etmək mümkündür. Şirkətin nümayəndəsi deyib ki, sözügedən aparatlar tezliklə satışa çıxarılacaq. Qeyd edək ki, oxşar model ötənilki "IFA" sərgisində də təqdim olunub.

"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən  bildirir ki, təkmilləşdirilmiş prototipdə isveçlilər tərəfindən hazırlanmış "Tobii" texnologiyasından istifadə olunub. Bir neçə sazlama mərhələsindən sonra  sistem istifadəçinin əmrlərini qəbul edir: baxış istiqamətindən asılı olaraq bu və ya digər funksiyalar aktivləşir, göz qırpmaqla əmrləri təsdiqləmək olar. İstifadəçi menyunu idarə edə, gurluq səviyyəsini dəyişdirə bilər.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL