waplog

Lənkəran Gənclər Mərkəzi ən müasir informasiya və kommunikasiya texnologiyaları ilə təchiz edilib



Lənkəran Gənclər Mərkəzi  ən müasir informasiya və kommunikasiya texnologiyaları ilə təchiz edilib. Ərazisi 1610 kvadratmetr olan mərkəz respublikadakı ən böyük gənclər mərkəzlərindən biridir.
 
Əsas məqsəd yeniyetmələr arasında elmi-texniki biliklərin təbliği, onların elmi-yaradıcı təşəbbüslərinin artırılması, bu sahədə istedadlı gənclərin üzə çıxarılmasıdır. Gənclər Mərkəzində kompyuter bilikləri və xarici dil üzrə xüsusi kursların təşkili də planlaşdırılır.
 
Müasir konfrans zalına malik mərkəzdə gənclər üçün müxtəlif mövzularda dəyirmi masalar keçirmək mümkün olacaqdır. Bundan başqa, mərkəzdəki 3D formatlı kino zalı da orijinallığı ilə diqqəti cəlb edir. Salonda gənclərin ibtidai hazırlıq keçmələri və interaktiv, pnevmatik avtomatdan atəşaçma bacarıqlarının yüksəldilməsi istiqamətində məqsədyönlü işlər aparılacaqdır.
 
Yaradıcılıq mərkəzində gənclər həm sənət öyrənəcək, həm də onların əl işləri sərgilənəcəkdir. Gənclər Mərkəzinin üçüncü mərtəbəsində isə 30 yerlik qapalı, 150 yerlik açıq zal fəaliyyət göstərəcəkdir. Bir sözlə, mərkəz gənclərin asudə vaxtlarının səmərəli təşkilində, onların ictimai fəallığının yüksəldilməsində mühüm rol oynayacaqdır.
RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL