waplog

“Nissan” şirkəti “ağıllı” “Nismo” konseptini nümayiş etdirib



“Nissan” şirkətinin təqdim etdiyi “Nismo” adlı “ağıllı” saat konsepti, hər şeydən əvvəl bu şirkətin avtomobil sahibləri üçün nəzərdə tutulub. Qurğu xüsusi tətbiqin köməkliyi ilə kompüterə qoşulur və hərəkət sürəti, yanacaq istehlakı və maşının texniki xidmət qrafiki haqqında məlumatları ekranda əks etdirir.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, bundan başqa, “Nismo” “ağıllı” saatı sürücünün ürək döyüntüsünü qeydə alır.

Hələ ki “Nissan” şirkətinin “ağıllı” saatının texniki xüsusiyyətləri haqqında məlumat yoxdur.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL