waplog

Avropa-Azərbaycan İnvestisiya Konfransı çərçivəsində İKT sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunacaq



Baklıda sentyabrın 11-də 1-ci Avropa-Azərbaycan İnvestisiya Konfransı keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, tədbir Alman-Azərbaycan Xarici Ticarət Palatasının, Avropa Palataları Assosiasiyasının (Eurochambres), Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) birgə təşkilatçılığı ilə keçiriləcək.

Konfransa Avropanın müxtəlif ölkələrindən 40-a yaxın iş adamının qatılacağı gözlənilir.

Tədbir çərçivəsində İKT, kənd təsərrüfatı, tikinti, ağır və yüngül sənaye və demək olar ki, bütün sahələr üzrə əməkdaşlıq imkanlarının müzakirə olunacağı gözlənilir.

Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL