waplog

Gələn rüb planşetlər tədarük həcminə görə fərdi kompüterləri ötəcək


“IDC” analitik şirkətinin proqnozuna əsasən, bu ilin dördüncü rübündə planşetlərin tədarük həcmi masaüstü fərdi kompüter və noutbukların tədarük həcmini ötəcək.

Hesabatın müəllifləri deyiblər ki, son  bir neçə il ərzində planşetlər FK bazarını müntəzəm surətdə “yeyib”.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, bu ilin avqustunda “IDC” şirkəti planşetlərin tədarük həcmi üzrə proqnozunu 1% azaldaraq bildirib ki, bu il onların sayı 227,4 milyon olacaq. Daşınan elektronikanın (“ağıllı” saat, “ağıllı” eynək və sairə) bazara çıxarılması buna səbəb kimi göstərilir.

Analitik şirkət, həmçinin qeyd edib ki, 2013-cü ildə internetə qoşulan “ağıllı” qurğuların tədarük həcmi 10.6% artacaq, lakin 2017-ci ildə bu göstərici büdcəyə uyğun smartfonların axınına görə yalnız 3,1%  artacaq. Bu il internetə qoşulan “ağıllı” qurğular bazarının həcmi 622 milyard dollar təşkil edəcək.
“IDC”-nin proqnozuna əsasən, 2013-cü ildə 134,4 milyon FK, 180,9 milyon noutbuk, 227,3 milyon planşet və 1,01 milyard smartfon satılacaq.

Emil Hüseynov
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL