waplog

Daha bir uşaq planşeti təqdim edilib


Müxtəlif elektronika istehsalçıları tərəfindən istehsal edilən “uşaq” planşetləri siyahısına yeni cihaz əlavə ediləcək. Amerikanın “Toys R US” şirkəti bildirib ki, oktyabrda “Tabeo e2” planşetinin satışlarına başlayacaq.


“ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki,  “Tabeo e2” planşeti 1024x768 piksel təsvir ölçülü 8 düymlük ekran, 1 QHs takt tezlikli ikinüvəli prosessor, 1 QB əməli və 8 QB daxili yaddaşla təchiz edilib və 64 QB-dək “microSD” kartlarını dəstəkləyir.

Planşetdə, həmçinin təsvir ölçüsü hələ ki dəqiq bilinməyən iki kamera olacaq. Daxili akkumulyator isə qurğunun 5 saat müddətində avtonom işləməsinə imkan verəcək.

“Tabeo e2” planşeti “Android 4.2” əməliyyat sistemi ilə işləyəcək və ona əvvəlcədən oyun və inkişafetdirici tətbiqlər dəsti quraşdırılacaq. Bundan başqa, qurğu "uşaq" planşetləri üçün ənənəvi valideyn nəzarəti sistemi funksiyası ilə də təchiz ediləcək.

Emil Hüseynov
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL