waplog

“Azərspace-1” peykindən yayımlanan kanalların sayı artıq 56-ya çatıb


“Azərspace-1” peykindən yayımlanan kanalların sayı artıq 56-ya çatıb. Yayımlanan kanalların 8-i yerli, digərləri isə xarici kanalların payına düşür.
 
Həmçinin, 8 radio kanalının yayımı da milli peykimiz üzərindən həyata keçirilir. “Azərkosmos” ASC-dən qeyd edilib ki, tamaşaçıların seçim imkanlarının yüksəldilməsi məqsədilə “Azərspace-1” vasitəsilə yayımlanan kanalların sayının artırılması üzərində işlər davam etdirilir:
 
 “Ümumiyyətlə, peyk üzərindən yayıma yeni kanalların qoşulması davamlı olaraq gedən bir prosedir. Yayımlanan televiziya və radio kanallarının sayı mərhələli şəkildə artırılacaq. Eyni zamanda digər ölkələrin milli peykdən istifadəsi istiqamətində görülən işlər də mütəmadi şəkildə davam etdirilir”.
 
Qeyd edək ki, ilk telekommunikasiya peyki 2013-cü ilin fevralında orbitə çıxarılıb və may ayından etibarən kommersiya fəaliyyətinə başlayıb. Peykin əhatə zonasına Avropa, Afrika, Qafqaz regionu, Yaxın Şərq və Mərkəzi Asiya regionları daxildir. 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL