waplog

“Android 4.4” əməliyyat sistemi oktyabrın 14-də çıxarılacaq?!


İnternetdə dərc edilmiş qeyri-rəsmi informasiyaya əsasən, “Google” şirkəti artıq oktyabrın 14-də “Android 4.4” mobil əməliyyat sisteminin yeni versiyasını çıxara bilər. Xatırladaq ki, yeni versiya “KitKat” adlandırılıb.
 
“ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, anonim mənbənin iddiasına əsasən, bir çox smartfon və planşetlər “Android 4.4” versiyasınadək yenilənəcək. Bu, əməliyyat sisteminin yeni versiyasının minimal tələbləri ilə izah edilir.
 
Mənbə əlavə olaraq deyib ki, “Google” şirkəti “Android 4.4 KitKat” mobil əməliyyat sisteminin təqdimatı ilə yanaşı “Nexus 5” smartfonunu da nümayiş etdirə bilər.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL