waplog

“Mən Azərbaycanlıyam” onlayn bilik yarışması uğurla davam edir



Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən təşkil edilmiş və  ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş "Mən Azərbaycanlıyam" onlayn bilik yarışması uğurla davam edir. 2013-cü ilin iyunun 1-dən start götürən bu oyunda indiyə kimi 65000-dən çox iştirakçı qeydiyyatdan keçərək öz biliklərini sınamaq imkanı əldə ediblər.
 
Yarışın şərtlərinə uyğun olaraq ongünlüklərin qaliblərinə netbuk tipli kompüterlər və superfinalda iştirak etmək imkanı, ilk 100-lüyə daxil olan digər iştirakçılara isə həvəsləndirici mükafatlar - "Nar Mobile" və "Bakcell" şirkətləri tərəfindən təqdim edilmiş 10 manatlıq mobil telefon danışıq kartları, ayın qaliblərinə isə "Iphone" mobil telefonları və mini "Ipad" planşetləri təqdim olunur.
 
Artıq ongünlüklərin qaliblərindən 90 nəfər netbuk tipli kompüter, 900 nəfərə 10 manatlıq mobil telefon danışıq kartı, ayın qalibi olmuş 6 nəfər isə "Iphone" mobil telefonu və mini  "Ipad" planşeti qazanıblar.   
 
Yarışma dekabr ayının 1-dək davam edəcək və dekabrın ilk həftəsi  yarışmanın qalibləri arasında superfinal oyunu təşkil ediləcəkdir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL