waplog

İsmayıllıda yeni DVB-T verici istismara verilib



Ölkə ərazisində DVB-T rəqəmli televiziya yayımı sisteminin tətbiqi genişləndirilir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin  “Teleradio” İstehsalat Birliyinin yaydığı məlumata görə, İsmayıllı rayonunun  Vaşa və ətraf kəndlərində (Dvoryan, Mulux, Mücü,  Müdrü, Müdrisə, Namazgah, Nanıc, Qoydan, Əhən, Ərəkit, Lahıc, Yucarı Cülyan, Ximrankənd)  əhalinin keyfiyyətli yayımla təmin olunması üçün adıçəkilən birliyə məxsus Vaşa RTS-də Litvanın “Vigintos Elektronika”  şirkətinin istehsalı olan 300 Vt-lıq yeni DVB-T vericisi quraşdırılaraq  istismara verilib.

Bunun nəticəsi olaraq region əhalisi “AzTV”, “İdman Azərbaycan”, “Mədəniyyət TV”, “İTV”, “ANS”, “Lider”, “Space”, “ATV”,  “Xəzər”, “TRT”, “Kanal D” və “ORT”  kanallarından ibarət sosial paketi izləmək imkanı əldə ediblər.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL