waplog

“Ericsson” mobil rabitə şəbəkələri üçün yeni həll təqdim edib



İsveçin “Ericsson” şirkəti minimal ölçüyə malik olmaqla binalar daxilində çoxsaylı abunəçilər üçün səs və məlumatların ötürülməsinə görə yüksəkkeyfiyyətli bağlantını təmin edən yeni həll təqdim edib. “Ericsson Radio Dot System” adlandırılan radio həlli disk formasındadır və asanlıqla ələ yerləşir. 

Şirkət nümayəndələrinin bildirdiyinə görə, binaların daxili hissəsinin əhatəsinin təşkili zamanı operatorlar şəbəkənin təşəkkülündə və fasiləsiz çıxışın təmin edilməsidə bir sıra problemlərlə üzləşir. Hazırda binaların daxili (indoor) üçün mövcud olan həllər əsasən keyfiyyətli səsli servislərin təqdim edilməsi üçün nəzərdə tutulub və əlavələrin işinə görə lazımi şəbəkə tutumunu təmin edə bilmir. Beləliklə, binaların daxilinin əhatə olunmasının təşkili üzrə məsələnin həlli indiyədək yüksək dəyər və əhatəliliyin məhdud olması kimi amillərlə çətinləşdirilmişdi.  

 “Ericsson Radio Dot System” elastik montaj imkanlarını təmin edən kompakt həlldir. Əsasını 14 patent təşkil edən və çəkisi 300 qram olan qurğu ikiillik işin bəhrəsində ərsəyə gəlib. “Ericsson Radio Dot System” bina daxilində radio moduluna baza stansiyasına bağlanan adi “LAN” internet kabeli (5,6 və7 kateqoriyalı) ilə qoşulur. “Radio Dot System” həlli “Ericsson”un makrobaza stansiyalarında tətbiq olunan texnologiyalar əsasında hazırlanıb. Bundan başqa, bu məhsul çərçivəsində nəzərdə tutulan “Wi-Fi” texnologiyası ilə inteqrasiya real vaxt rejimində trafikə nəzarət etməyə imkan verir və bununla da həm "Wi-Fi”, həm də “3GPP” standartlı şəbəkələrdə iş zamanı istifadəçiləri yüksəkkeyfiyyətli işlə təmin edir.  

“Ericsson Radio Dot System” həllinin 2014-cü ilin sonunda kommersiya istifadəsinə veriləcəyi gözlənilir, - "CNews”www.cnews.ru yazır.  
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL