waplog

Planşetlər üçün maye-kristal panellər bazarında artım qeydə alınıb



Üç ay ardıcıl davam edən azalmadan sonra planşetlər üçün maye-kristal panellərin tədarük həcmi yenidən yüksəlməyə başlayıb.

Belə ki, “NPD DisplaySearch” analitik şirkətinin məlumatına görə, 2013-cü ilin iyulunda dünya bazarına ümumilikdə 23 milyon planşet paneli tədarük edilib ki, bu da iyun göstəricisindən 8 faiz çoxdur. İrəliləyiş əsasən 7 düymlük modellər sayəsində mümkün olub. Tədarük edilən ümumi panellərin təxminən yarısı (49 faiz) bu növ məhsulların payına düşüb.

Ekspertlər ucuz planşetlərdə ixtisaslaşan “white-box” istehsalçılarına panellərin tədarük həcminin artmasına diqqət yetirirlər. Onlar iyulda planşetlər üçün tədarük edilən 7 düymlük displeylərin 59 faizini və bütün panellərin 43 faizini alıblar.  

Bununla belə, planşetlər üçün nəhəng maye-kristal panellər alıcısı “Apple” şirkəti olaraq qalır. Belə ki, ABŞ korporasiyası iyulda bu məhsulun ümumi tədarük həcminin 24 faizini əldə edib. İkinci yerdə payı 18 faiz təşkil edən “Samsung” şirkəti qərarlaşıb.


Üçüncü və dördüncü yerləri 5 və 4 faizlik göstərici ilə müvafiq olaraq "Lenovo” və “Google” şirkətləri tutur. Bu şirkətlər getdikcə panel istehsalçıları üçün vacib müştəriyə çevrilir, - analitiklər qeyd edir. “TOP-5” siyahısını “Microsoft” korporasiyası tamamlayır.


Qeyd etmək lazımdır ki, “DisplaySearch” şirkətinin araşdırmasında göstərilən qrafikə əsasən, planşetlər üçün panellərin alış həcmi üzrə liderlər onluğuna “ASUS”, “Acer”, “Amazon”, “HP” və “Dell” şirkətləri də daxildir, - “DailyComm” www.dailycomm.ru yazır.
  


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL