waplog

Koreya alimləri meduzaların kütləvi məhvi üçün robot yaradıblar


Koreyanın aparıcı Elmi-Texniki İnstitutunun alimləri (KAIST) sahilyanı ərazilərdə meduzaların populyasiyasına nəzarət üçün nəzərdə tutulan robotun sınaqdan keçirilməsini başa çatdırıblar. Bu barədə institutun saytında yerləşdirilən məlumatda deyilir.  

"Sahilyanı ərazilərdə meduzaların axını nəticəsində artmaqda olan hadisələrin sayı və balıqçılıq təsərrüfatının 300 milyard von dəyərində qiymətləndirilən maliyyə itkiləri uzun illər ərzində böyük problem olub. Professor Hen Menanın rəhbərliyi ilə elmi qrup 2009-cu ildə meduzaların məhvi üçün avtomatik sistemin hazırlanmasına başlayıb. Bu il "JEROS" robotlarının məhsuldarlığı və sürəti meduzaların effektiv məhvi üçün qrup şəklində olan işlə artırılıb", - məlumatda deyilir.
 
Çıxarılıb-taxılan doğrama mexanizminə malik "JEROS" robotu irəliyə və arxaya hərəkət edə, eləcə də avarlı elektrik mühərrik sayəsində 360 dərəcə dönə bilir. Robot avtomatik olaraq özünə marşrut açır və meduzaların məhvi yerində yerini dəyişir. Robotlar qrupunda bununla yalnız onlardan biri məşğul olduğu halda qalan robotlar sadəcə onun arxasınca hərəkət edərək simsiz rabitə ilə olduğu yerləri haqqında məlumat mübadiləsi edirlər.
Hərəkət zamanı "JEROS" meduzaları qurğunun dibində yerləşən doğrayıcı mexanizmlə ələ keçirilir. Orada onlar avarlı vintə salınaraq doğranılır.   
"JEROS"dan həmçinin dəniz patrulunun aparılması, neft sızmalarının qarşısının alınması və dənizdə zibilin yığılması kimi digər məqsədlər üçün istifadə etmək mümkündür, - "RİA Novosti" www.ria.ru yazır.    



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL