waplog

Hökumətlər “Microsoft”dan daha çox fərdi hesaablarla bağlı məlumatlar tələb edir


Müxtəlif ölkələrin güc strukturları İT şirkətlərindən istifadəçilər haqqında böyük həcmli informasiya tələb etməkdə davam edir. Belə ki, "Microsoft" korporasiyası istifadəçi informasiyasının açıqlanması üçün rəsmi idarələrdən daxil olan sorğularla bağlı məlumatları dərc edib. Açıqlanan məlumata əsasən, bu il sorğuların həcmi 2012-ci illə müqayisədə azalmayıb. "Microsoft" bəyan edib ki, korporasiya 2013-cü ilin yanvarından iyunun sonunadək olan müddət ərzində istifadəçi məlumatlarının açıqlanması ilə bağlı 37 196 sorğu alıb.
Müqayisə üçün qeyd edək ki, ötən il ərzində korporasiyaya 75 min belə sorğu daxil olub. Bu cür informasiyanın dərc edilməsi korporasiya tərəfindən "Law Enforcement Requests Report" təşəbbüsü çərçivəsində aparılır.  

Hesabata əsasən, istifadəçilər haqqında məlumatların açıqlanması ilə bağlı sorğuların 75 faizi 5 ölkədən – ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və Türkiyədən daxil olub. "Microsoft" nümayəndələri qeyd edir ki, hesabatda yalnız ölkələr haqqında məlumat yer alıb.

Hesabatda deyilir ki, hökumət sorğuları "Microsoft"un təxminən 65 min akkauntuna aid olub, 77 faizinin isə mətnlər, foto və ya videoyazı kimi istifadəçi kontenti ilə əlaqəsi olmamaqla yalnız istifadəçilər haqqında ümumi məlumatı nəzərdə tutub. Ümumi məlumatlar sırasına IP, ad, soyad, təqdim olunan hesablar və insanın ünvanı daxildir. Sorğuların yalnız 2,2 faizi (təxminən 800 sorğu) bilavasitə istifadəçi kontentinə aid olub. Sorğuların 1 faizindən azı istifadəçi haqqında bütün informasiyanın açıqlanmasını tələb edib.  

Sorğuların 19 faizi kommersiya hesabları ilə bağlı olduğu halda qalanları fərdi şəxslərin akkauntları ilə bağlıdır. Dörd halda "Microsoft" kommersiya məlumatlarını açıqlayıb və bu halların hamısı ABŞ ilə bağlı olub, - "Cybersecurity www.cybersecurity.ru" yazır.  


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL