waplog

Kompüter və elektron məhsulların istehsalı artıb


2013-cü ilin “İKT ili” olması ilə əlaqədar  bu sahədə kompleks işlərin aparılması, bir çox nailiyyətlərin əldə olunması, Azərbaycan əhalisinin kompüter biliklərinin artırılması, müxtəlif maarifləndirici tədbirlərin həyata keçirilməsi, internet istifadəçilərinin çoxalması istehsala da təsir edib.
 
 Bu gün ölkə üzrə kompüter avadanlıqlarının istehsalının genişləndiyi müşahidə olunur.
 
 Belə ki, cari ilin yanvar-avqust aylarında Azərbaycanda kompüter, elektron və elektrik avadanlığının istehsalı sahəsində məhsul istehsalının həcmi əhəmiyyətli dərəcədə artıb.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsi informasiya yayıb.
 
Komitədən bildirilib ki, sözügedən məhsulların istehsal həcmi 151,8 milyon manata qədər yüksəlib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə kompüter və elektron məhsulların istehsalında 14,6 faiz, elektrik avadanlığının istehsalında isə 12 faiz artım baş verdiyini göstərir.
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL