waplog

Yaponlar eynək-tərcüməçi yaradıblar



Yaponiyanın "NTT DoCoMo" şirkəti "CEATEC 2013" sərgisində mətni real vaxt rejimində tanıyan və tərcümə edən "ağıllı" eynək prototipini təqdim edib. Qurğu hələlik 4 dili - ingilis, yapon, Çin və Koreya dillərini "bilir".  
Şirkət nümayəndələri bildirirlər ki, qurğu tanış olmayan dillərin menyusu və ya lövhələrin tərcüməsi üçün faydalı olacaq. Eynək prototipi simvolların tanınması və tərcüməsi prosesinin öhdəsindən 5 saniyəyə gəlir.
 
Bundan başqa eynək, demək olar, istənilən düz səthi sensor displeyə çevirə bilir. Məsələn, eynək virtual ekran toxunuşunu adi kağıza ötürməyi bacarır. Qurğu ilə əlaqə barmağa keçirilən xüsusi üzük vasitəsilə həyata keçirilir.
Həmçinin qurğu əhatə dairəsində olan insanların üzlərini tanıyaraq informasiyanı uzaq məsafələrdə yerləşən serverlərdən yükləyir.

Bununla belə, "NTT DoCoMo" şirkəti tərəfindən nümayiş olunan eynək prototipi yalnız sərgi nümunəsidir. Qurğunun kütləvi istehsala daxil olması və qiyməti haqqında məlumat verilmir, - "Vesti www.vesti.ru" yazır.  

NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL