waplog

Akif Əlizadə: “Müxtəlif elmi və innovativ qurumların fəaliyyəti əlaqələndirilməlidir”


Azərbaycan Alimlərinin I Qurultayı keçiriləcək. Bu haqda qərar Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında qəbul edilib. AMEA-dan bildirilib ki, tədbirdə AMEA prezidenti, akademik Akif Əlizadə Azərbaycan xalqının siyasi, iqtisadi, sosial-mədəni sahələr üzrə fundamental dəyərlərinin qorunması və dövlət əhəmiyyətli milli maraqların təmin edilməsində elmin müstəsna əhəmiyyətə malik olduğunu qeyd edib.
 
Onun sözlərinə görə, elmin çox spektrli sosial funksiyaları həyata keçirə bilməsi üçün müasir dövrün tələblərinə cavab verən təşkilati tədbirlərin və innovativ idarəetmə üsullarının tətbiqi zəruridir: “Belə tədbirlərdən biri kimi ən böyük seçkili yığıncaq forması olan qurultay xüsusi əhəmiyyətə malikdir. Müasir dövrdə dünyanın bir çox ölkələrində müxtəlif peşə qrupları, ictimai təşkilat və siyasi partiyalar bu yığıncaq modelindən cəmiyyətin müxtəlif sferalarına effektiv təsir texnologiyaları kimi uğurla istifadə edirlər. Biliklər cəmiyyətinin formalaşdığı bir dövrdə ölkəmizdə də Azərbaycan alimlərinin qurultayının keçirilməsi elmin strateji hədəflərinin reallaşdırılması baxımından məqsədəuyğundur”.
 
 
A.Əlizadə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı alimlərlə qarşılıqlı əlaqələrin gücləndirilməsi, Azərbaycan alimlərinin daha mütəşəkkil təşkilatlanmasının təmin edilməsi, alimlərin cəmiyyətdə nüfuzunun artırılması, müxtəlif elmi və innovativ qurumların fəaliyyətinin əlaqələndirilməsi, Azərbaycan elmi qarşısında prioritetlərin müəyyənləşdirilməsi, fundamental və tətbiqi tədqiqatların prioritetlərini ölkənin mühüm sosial-iqtisadi və ictimai-mədəni məsələlərinin həllinə uyğun müəyyənləşdirmək baxımından bu qurultayın təşkilinin vacibliyini bildirib.
 
Qeyd edək ki, tədbirdə qurultayın keçirilməsini təmin etmək məqsədilə İşçi qrupu yaradılıb, tərkibi təsdiq olunub.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL