waplog

Qırğızıstan nümayəndə heyəti Azərbaycanın Elektron Statistika və Analitik Hesabatlılıq Sistemi ilə tanış olub



 
Mərkəzi Bankda (MB) statistika sistemi sahəsində Azərbaycan təcrübəsi ilə yaxından tanış olmaq məqsədilə Qırğızıstan Respublikası Milli Bankının 5 nəfərdən ibarət nümayəndə heyəti üçün tarixlərində təcrübə mübadiləsi keçirilib. MB-dən qeyd edilib ki, təcrübə mübadiləsi zamanı Mərkəzi Bankın Statistika və İnformasiya Texnologiyaları departamentlərinin əməkdaşları MB-da qurulmuş statistika sistemi, statistik bazanın formalaşdırılması, məlumatların toplanması, emalı və yayımlanması prosesi barədə məlumatları qonaqların nəzərinə çatdırıb.
 
Eyni zamanda, MB-da uğurla icra olunmuş Elektron Statistika və Analitik Hesabatlılıq Sistemi (ESAHS) haqqında detallı məlumatlar verilib, ESAHS-ın iqtisadi və texnoloji bazası işıqlandırılıb, sistemin funksional imkanları barədə nəzəri məlumatlar, praktiki nümayişlər təqdim olunub.
 
Nümayəndə heyəti MB təcrübəsinin faydalı olduğunu vurğulayıb, gələcəkdə də təcrübə mübadiləsinin davam etdirilməsinə ümid etdiklərini bildiriblər.
 

Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL