waplog

“LG” yeni smartfon təqdim edib


Koreyanın "LG Electronic" şirkəti "G Pro Lite" smartfonunu təqdim edib. Cihaz daha əvvəl təqdim edilmiş 6 düymlük "G Pro" smartfonunun kiçildilmiş versiyasıdır. Sözügedən aparat 5.5 düymlük ekrana malikdir, ekranın təsvir ölçüsü 960x540 təşkil edir.
 
Bundan başqa, "G Pro Lite" smartfonu ikinüvəli 1 QHs takt tezlikli prosessor, 1 QB əməli yaddaş və 8 QB daxili yaddaşla təchiz olunub. Smartfonun arxa panelində 8 meqapiksellik kamera, ön paneldə isə 1,3 meqapiksellik kamera mövcuddur. Planşet, həmçinin 3140 milliamper/saat tutumunda çıxarılan akkumulyatorla təchiz edilib.
 
"ICTnews" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, smartfon büdcəyə uyğun olduğundan yalnız "3G" moduluna malikdir. Aparata "Android Jelly Bean 4.1.2" mobil əməliyyat sistemi quraşdırılıb. Cihaz ağ və qara rəngli korpuslarda tədarük olunacaq.
 
"Lite" versiyada iki SİM kart taxmaq üçün slot, stereodinamik və stilus  yoxdur. "LG" şirkətindən verilən məlumata əsasən, "G Pro Lite" artıq bu ay Latın Amerikası ölkələrinə tədarük olunacaq və noyabrda  Rusiya, Çin, Hindistan və Yaxın Şərq ölkələrində onun satışlarına başlanılacaq. Qiyməti haqqında hələ ki informasiya yoxdur.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL