waplog

İmtahanda elementlərin yerinə yetirilməsinə nəzarət İKT vasitələri ilə həyata keçiriləcək



Nazirlər Kabinetinin (NK) qərarı ilə sürücülük vəsiqəsi almaq istəyənlər üçün təcrübi imtahan qaydaları dəyişdirilib. Bundan sonra imtahan zamanı informasiya-kommunikasiya texnologiyalarından istifadə olunacaq.  Bununla bağlı NK rəsmi internet səhifəsində məlumat yerləşdirib.
 
 “ICTnews” xəbər xidməti bildirir ki, Nazirlər Kabineti "Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnaməni və Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə" qərarına edilən dəyişikliklər şəffaflığın artırılmasına xidmət edir.
 
Belə ki, bu qərar "Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 dekabr tarixli 2629 nömrəli Sərəncamına əsasən qəbul edilib. Dəyişikliyə əsasən nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahan ikimərhələli prinsiplə aparılacaq. Birinci mərhələdə xüsusi bağlı meydançada və ya avtodromda, ikinci mərhələdə isə sınaq marşrutlarında imtahan həyata keçiriləcək. Sürücülük vəsiqəsi almaq istəyən şəxslər bacarıqlarını bağlı meydançalarla yanaşı, avtodromlarda göstərə biləcəklər.
 
 
İmtahanın ikinci mərhələsi başlanmazdan əvvəl imtahan qəbul edən DYP əməkdaşı növbəlik üsulu ilə sürücülüyə namizədi imtahan qəbul ediləcək müvafiq sınaq marşrut xəritəsi ilə tanış etməli olacaq.
 
Sürücülük vəsiqəsi almaq istəyən şəxslər bundan sonra müraciət etdiyi sürücülük kateqoriyasına aid nəqliyyat vasitəsi ilə imtahan verəcəklər.
 
İmtahanın birinci mərhələsində elementlərin yerinə yetirilməsinə nəzarət informasiya-kommunikasiya texnologiyaları vasitələrinin köməyi ilə həyata keçiriləcək.

SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL