waplog

Çin tələbələrini “PlayStation 4” konsolunu yığmağa məcbur ediblər


Çinin “Foxconn” korporasiyasını yenidən əməkdaşları ilə pis  rəftarda ittiham edirlər. Firma Sian Texnologiya Universitetinin tələbələrini oyun konsollarının quraşdırılması ilə bağlı uzun müddət ödənişsiz işləməyə məcbur edib.

“ICTnews” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, tələbələri işləməyə məcbur ediblər, əks halda onlar zaçot almayacaq və universitetdən xaric ediləcək. “Foxconn” şirkəti rəsmən tələbələrin istismarı faktını etiraf edib və yaxın vaxtlarda bu vəziyyəti düzəltməyə söz verib.

Bu, artıq ilk belə xoşagəlməz hal deyil. Bundan əvvəl “Foxconn” şirkəti “iPhone” smartfonunun quraşdırılmasında ödənişsiz tələbə əməyindən istifadə edib. Bundan başqa, firma dəfələrlə uşaqlardan işçi qüvvə qismində istifadədə ittiham  edilib.

Ekspertlər hesab edirlər ki, “Foxconn” işçi əllərin kəskin çatışmazlığından tələbələrin əməyindən istifadə məcbur olub. Çin sakinlərinin həyat səviyyəsi getdikcə yaxşılaşır və artıq ölkə sakinlərinin əksəriyyəti aşağı maaşa belə şəraitdə işləməyə razı deyillər.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL