waplog

“Bakcell” brendli smartfonlar təqdim edildi


Ölkənin paytaxt və xüsusilə də bölgələrində yüksək keyfiyyətli mobil internet istifadəçilərinin sayını artırmaq məqsədilə “Bakcell” şirkəti özünün brend tərtibatlı smartfonlarını təklif edən eksklüziv kampaniyasına start verib.

Özünün “Sür@” brendi altında Ən Sürətli Mobil İnternet xidmətlərinin provayderi olan “Bakcell” şirkəti – “Bakcell” brendli smartfonlarını təqdim edir. Ən son “Android 4.2” əməliyyat sistemi və böyük ekranla təchiz edilmiş “Bakcell” brendli smartfonlar, “Bakcell” abunəçilərinə öz köhnə mobil cihazlarını olduqca sərfəli qiymətə yeni smartfonlara dəyişmək imkanını yaradır.

Azərbaycanın mobil internet istifadəçilərinə yüksək keyfiyyətli smartfonları sadəcə 99 manata təklif edən “Bakcell”, abunəçilərin mobil internet istifadəsini məhdudlaşdıran əsas əngəli aradan qaldıraraq, Mobil İnternetin bütün üstünlüklərindən və “Sür@”-dən bütün bonusları ilə birgə tam həcmdə yararlanmaq imkanını təklif edir.

14 oktyabr 2013-cü il tarixindən etibarən “Bakcell” brendli smartfonunu əldə etmiş hər bir “Bakcell” abunəçisi ayda sadəcə 10 AZN ödəyərək 250 dəqiqə/MB/SMS-dən ibarət olan xüsusi kampaniya paketindən yararlanacaqdır. Bonusları almaqda davam etmək üçün balansa hər ay ən azı 10 AZN yükləmək lazımdır.

Kamal Hacıyev

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL