waplog

Azərbaycan radiotezlik spektrinin və peyk orbitlərinin istifadəsi məsələlərinin müzakirəsində təmsil olunub



Azərbaycan nümayəndəsi Regional Rabitə Birliyinin (RRB) radiotezlik spektrinin və peyk orbitlərinin istifadəsi üzrə komissiyasının Astanada keçirilən  4-cü iclasında iştirak edib.                                                                                               
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, iclasda Azərbaycanla yanaşı, digər Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrindən  40-dan çox nümayəndə, həmçinin RRB-nin icra komitəsinin və Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində radioyayım və radiotezliklərin istifadəsi üzrə işçi qrupların rəhbərlərinin hesabatları təqdim edilib.

“Yerüstü televiziya yayımı şəbəkələrinin texniki əsaslarının planlaşdırılması üzrə tövsiyələr” layihəsinin DVB-T2 standartı nəzərə alınmaqla yeni redaksiyası təqdir edilib və onun RRB-nin növbəti iclasında təsdiq edilməsi qərara alınıb.

İştirakçılar 470-862 MHz tezlik zolaqlarının RRB ölkələrinin müxtəlif radioxidmətləri tərəfindən perspektiv istifadə imkanlarını müzakirə ediblər, RRB-nin radotezlik spektrinin və peyk orbitlərinin tənzimlənməsi üzrə İş planını təqdirəlayiq hesab ediblər.

Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL