waplog

“Samsung Galaxy S4” avqustda dünyanın ən çox satılan smartfonu olub


“Counterpoint Technology Market Research” analitik şirkətinin məlumatına görə, cari il avqustun yekununa  görə, “Samsung Galaxy S4” dünyanın ən çox satılan smartfonu olub. Belə ki, yay fəslinin son ayında təxminən 5 milyon qurğu satılıb ki, bu da ötən ayla müqayisədə azdır.

“ICTnews” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, "bestsellerlər" siyahısına, həmçinin “Galaxy Note 2” və “Galaxy S3” daxildir.

Xatırladaq ki, qeyri-rəsmi məlumatlara görə, “Samsung” 2014-cü ilin yanvarında “Galaxy S5” smartfonunu elan edəcək. Yeni liderin belə tezliklə çıxarılması istehsalçının “Galaxy S4” smartfonunun satış göstəricilərindən narazılığı ilə izah edilir.

Emil Hüseynov
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL