waplog

Enerjiyə qənaət texnologiyalarının metroda tətbiqi ilə bağlı yeni imkanlar nəzərdən keçirilir


Bakı Metropolitenində (BM) enerjiyə qənaət texnologiyalarının tətbiqi ilə bağlı rekuperativ sistemlərdən istifadə imkanları nəzərdən keçirilib. BM-dən bildirilib ki, rekuperasiya elektrik əyləcləməsinin bir növüdür: “Bu sistemdə generator rolunda çalışan elektrik dartı mühərriklərinin hasil etdiyi elektrik enerjisi yenidən elektrik şəbəkəsinə qaytarılır. Başqa sözlə, bu, qatarın istismar etdiyi enerjinin bərpa edilən hissəsinin şəbəkəyə qaytarılmasıdır.
 
 
Eyni sistem avtomobil sənayesində  tətbiq olunsa da, böyük həcmlərdə enerji israfına görə dəmir yolları və xüsusən də metropolitendə daha böyük əhəmiyyət kəsb edir və effektlidir”. Mütəxəssislərin fikrinə görə, rekuperasiya və akkumulyasiyanın (yığıcı avadanlıqların) tətbiqi bu gün qlobal məsələyə çevrilib:
 
“Bəşəriyyət optimal akkumulyasiya sistemlərinin axtarışındadır. Məsələ həll olunarsa, dünya enerji-yanacaq vasitələrinin istismarında inqilabi dövrə qədəm qoyacaq. Aparılmış təcrübə göstərir ki, rekuperativ əyləcləmə sayəsində enerjiyə 50 faizə qədər qənaət etmək mümkündür”.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL