waplog

Dünya İqtisadi Forumunun Prezidenti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib



Hörmətli cənab Prezident!

Prezident seçkilərində qazandığınız qələbə münasibətilə Sizi təbrik etməkdən böyük məmnunluq duyuram. Ötən prezidentliyiniz dövründə Azərbaycan sürətlə inkişaf etmiş, xalqın rifahı yüksəlmişdir.

Sizin hakimiyyətiniz Azərbaycana sabitlik və hətta dünya iqtisadi böhranının da təsir edə bilmədiyi iqtisadi inkişaf bəxş etmişdir. Belə mürəkkəb dövrdə bu, heç də asan iş deyildir. Amma Sizin hökumətinizin uğurlu siyasəti ölkədə regiona nümunə ola biləcək rəqabətədavamlı iqtisadiyyat qurmağa nail olmuşdur. Mən Sizin karbohidrogen sənayesini şaxələndirməyə, informasiya texnologiyaları və telekommunikasiya kimi gələcəyin sənaye sahələrinin inkişafına yönəlmiş səylərinizi yüksək qiymətləndirirəm.

Dünya İqtisadi Forumu ilə Azərbaycan hökuməti arasındakı əlaqələrə böyük dəyər verdiyimi, aktual məsələləri və vacib problemləri müzakirə etmək üçün Sizi illik iclaslarımızda görməkdən böyük məmnunluq duyduğumu bildirmək istərdim.

Yanvarda Sizi Davosda səbirsizliklə gözləyirəm.

Ehtiramla,

 

Klaus ŞVAB,

Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL