waplog

Çinlilər “Galaxy S4”-ün kloununu çıxaracaqlar


Çinin “UMI X2S” şirkətinin elan etdiyi smartfon görünüşcə “Samsung” korporasiyasının məhsuluna çox oxşayır. Qurğu 1,5 QHs takt tezlikli 8 nüvəli prosessorla təchiz edilib. Söhbət “MediaTek MT6592” çipindən gedir, 8 nüvənin hər biri eyni zamanda işləməyə qadirdir.

“ICTnews” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “UMI X2S” smartfonu 1920×1080 piksel təsvir ölçülü 5 düymlük ekran, 2 QB əməli yaddaş və 32 QB daxili yaddaş, 13 meqapiksellik “Sony” kamerası, “NFC” çipi ilə təchiz edilib.

“GSM Insider”in məlumatına görə, smartfon Çində 245-325 dollara satılacaq. “UMI X2S”-in çıxarılacağı tarix açıqlanmayıb.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL