waplog

Azərbaycanın universal xidmətlər üzrə beynəlxalq tədbirdə iştirakı gözlənilir



Oktyabr ayının sonunda Kişinyovda (Moldova) Şərq Tərəfdaşlığı ölkələrinin ( Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) elektron kommunikasiyalar tənzimləyiciləri şəbəkəsinin (EaPeReg) növbəti seminarı keçiriləcək.

“ICTnews” xəbər xidmətinin “EaPeReg”-in rəsmi məlumatına istinadən verdiyi xəbərə əsasən,  “PricewaterhouseCoopers Slovensko s. r. o.” şirkəti tərəfindən təşkil ediləcək seminar universal xidmət növlərinə həsr ediləcək. 

Avropa İttifaqının universal servis xidmətlərini tənzimləyən müvafiq direktiv telekommunikasiya sahəsində universal xidmətlərin göstərilməsini təlimatlandırır.

Universal xidmətlərin göstərilməsi praktiki problemləri müəyyən edən mürəkkəb normativ bazanın tətbiqini tələb edir.

Tədbir çərçivəsində universal xidmət təchizatı sahələri, universal xidmətin xalis  xərclərinin  hesablanması, görünməyən səmərə, ədalətsiz öhdəliklərin qiymətləndirilməsi, Avropa İttifaqının bu sahə ilə bağlı tematik araşdırmaları, “EaP” ölkələri bazarında cari vəziyyətin icmalı müzakirə ediləcək.  

Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL