waplog

“Nokia” smartfonlarının satış həcmi bir il ərzində üç dəfə artıb


2013-cü ilin üçüncü rübündə “Nokia” şirkətinin “Windows Phone” platforması ilə işləyən smartfonlarının satış həcmi 8 milyondan çox qurğu olacaq ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən üç dəfə çoxdur. Bu barədə şirkətin daxilində mənbələrə istinadən “The Wall Street Journal” nəşri deyib.

“ICTnews” elektron xəbər xidməti “digit.ru” saytına istinadən bildirir ki, ötən ilin müvafiq dövründə “Nokia” şirkətinin “WP” smartfonlarının satış həcmi 2,9 milyon ədəd təşkil edib. Şirkətin satış həcmi artıq dördüncü rübdür ardıcıl artır.

Analitiklərin proqnozuna əsasən, “Windows Phone” əməliyyat sistemli mobil qurğuların bazar payı yaxın illərdə artacaq və 2017-ci ilədək qlobal smartfon bazarının 10,2%-ni təşkil edəcək.

Satışlarda qeydə alınmış uğura baxmayaraq, “Nokia” şirkətinin maliyyə göstəriciləri hələ ki mənfidir. 2013-cü ilin birinci yarısında şirkət 499 milyon avro dəyərində xalis zərərə məruz qalıb. “Nokia”nın bu ilin üçüncü rübü üzrə hesabatı oktyabrın 29-da dərc ediləcək.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL