waplog

Azad Rəhimov: “İKT-nin inkişafı bütün işləri asanlaşdırır”


“İnformasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı bütün işləri asanlaşdırır”. “ICTnews” xəbər xidmətinin məlumatına görə, bu fikirləri gənclər və idman naziri Azad Rəhimov söyləyib. Azərbaycanın  İKT sahəsində çox böyük işlər gördüyünü və özünün uğurlu nəticələri ilə dünya dövlətləri arasında xüsusi mövqe tutduğunu vurğulayan nazir əlavə edib ki, bu gün informasiya təhlükəsizliyi istiqamətində, kibercinayətkarlıqla mübarizədə aktiv fəaliyyət göstərilir:
 
“Kibercinayətkarlıq hazırda cari məsələlərdən birinə çevrilib. Bizim ölkə müxtəlif beynəlxalq təşkilatlarla bu təhlükəni aradan qaldırmaq istiqamətində birgə çalışmalar edir. Düşünürəm ki, simulyasiya oyunu çərçivəsində BMT Təhlükəsizlik Şurasına üzv olan 15 ölkəni təmsil edən 45 gənc beynəlxalq siyasi mövzuları lazımınca müzakirə edə biləcək. Eyni zamanda Azərbaycan reallıqları ilə daha yaxından tanış olacaqlar. Bununla yanaşı, kibertəhlükəsizlikdən daha yaxından xəbərdar olacaqlar. Çünki bu gənclər sabahın beynəlxalq siyasətdə təmsilçiləridir”.
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL