waplog

“Yahoo” rəqəmli fotoşəkillərin tanınması sistemini tətbiq edəcək


“Yahoo!” şirkəti daha bir satınalma həyata keçirib. Bu dəfə şirkət “Flickr”  fotohostinqi üçün texnologiya aktivini satın alıb.

“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Yahoo!”dan bildirilib ki, “LookFlow” startapını satın almaqla onlar internetdə fotoalbomların təşkili, həmçinin rəqəmli fotoşəkillərin tanınması sahəsində yeni alətlər üzərində hüquq əldə ediblər.

Sazişin maliyyə şərtləri açıqlanmayıb.
Xatırladaq ki, “Yahoo”nun indiki baş direktoru Marissa Mayerin idarəçiliyi dövründə şirkət artıq startapların satın alınması üzrə təxminən 20 saziş həyata keçirib.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL