waplog

“Microsoft” analitikləri təəccübləndirib


“Microsoft” sentyabrın 30-da başa çatmış birinci maliyyə rübü üzrə öz fəaliyyəti haqqında hesabat dərc edib. Korporasiya analitikləri yüksək göstəricilər ilə təəccübləndirib. Bir il ərzində şirkətin mədaxili 15% artaraq 18,5 milyard dollar olub. Ekspert bu göstəricini 17,8 milyard səviyyəsində proqnozlaşdırmışdılar.


“ICTnews” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, xalis mənfəət 20% artaraq 5,2 milyard dollar olub. Korporasiya 80 milyard dəyərində nağd vəsaitə malikdir. “Microsoft”un gəlirinin əsas hissəsini biznes seqmentindən məsuliyyət daşıyan bölmə təmin edir.

İstehlak qurğularının hazırlanması və istehsalı üzrə bölmənin nəticələri 4 % artıb, lakin “Windows” əməliyyat sisteminin satışlarından əldə olunan gəlirin həcmi 7% azalıb. “Microsoft”dan bildirilib ki, “Surface” planşetlərinin satış həcmindən gəlir 400 milyon dollar təşkil edib.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL