waplog

Yaponiyada “Tizen” sistemli ilk planşet təqdim olunub



Yaponiyada “Systena” şirkəti “Tizen” əməliyyat sisteminin idarəetməsi ilə işləyən və tərtibatçılar üçün nəzərdə tutulan ilk planşet kompüteri təqdim edib.

“Systena” planşeti iş tezliyi 1,4 giqahers təşkil edən “ARM Cortex-A9” arxitekturalı dördnüvəli prosessor üzərində qurulub. Qurğu 10,1 düym sensor ekranlı 1920x1200 təsvir ölçüsünə, 2 giqabaytlıq operativ yaddaş və  “microSD” kartı sayəsində genişləndirmə imkanı ilə 32 giqabaytlıq quraşdırılmış fləş-yaddaşa malikdir.  
Qırmızı və ağ rənglərdə buraxılan planşet həmçinin “Wi-Fi 802.11b/g/n” və “Bluetooth 3.02 simsiz şəbəkə adapterləri, ön və arxa kameralarla təchiz olunub.

Xatırladaq ki, “Tizen” əməliyyat sistemi “Linux Foundation” və “LiMo Foundation” təşkilatlarının birgə layihəsidir. Portativ qurğularda “ARM” və “х86” prosessorları ilə istifadə oluna bilinən əməliyyat sisteminin əsasını “Linux” nüvəsi təşkil edir. Layihə ilk vaxtlarda “Intel” və “Samsung” şirkətləri tərəfindən fəal dəstəklənib, - “3DNews www.3dnews.ru” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL