waplog

İSB-nin nümayəndələri Almaniyada “Yaşıl kart” sisteminə dair müzakirə aparıb



Azərbaycanın İcbari Sığorta Bürosunun nümayəndələri Almaniyanın Baden-Baden şəhərində keçirilmiş “Təkrar sığortaçıların görüşləri” tədbirində iştirak edib.
 
İSB-dən “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, tədbir zamanı  büronun nümayəndələri aparıcı təkrar sığorta brokerləri və təkrar sığorta şirkətləri ilə çoxsaylı görüşlər keçirib və müzakirələr aparıb.
 
Bundan əlavə, nümayəndə heyətimiz “Yaşıl Kart” sisteminin idarəedici təşkilatı olan Bürolar Şurasının nümayəndələri ilə görüşərək, İcbari Sığorta Bürosunun sistemə qoşulması ilə əlaqədar tələb olunan təkrar sığorta proqramı və bank qarantiyası, qanunvericiliyə dəyişikliklər, sistemə qoşulma ilə bağlı hazırlıq işlərinin cari statusu və s. bu kimi məsələləri müzakirə edib.

CAHANGİR
 

NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL