waplog

Region gənclərinin İKT-dən istifadə imkanlarını artırmaq məqsədi ilə təlimlər keçiriləcək


"Rezonans" Gənclərin İctimаi Birliyi bu ilin sentyabr ayından etibarən Azərbaycan  Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Ölkədə İKT-nin inkişafının yeni mərhələsi: Region gənclərinin ən müasir texniki  resurslardan istifadə imkanlarının artırılması" layihəsi çərçivəsində ölkənin bir neçə regionunda təlimlər keçirəcək.

Nazirlikdən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, layihənin əsas məqsədi gənclərin bu sahədə olan potensialını üzə çıxarıb  inkişaf etdirməkdir.

Layihənin icra planına uyğun olaraq gənclər üçün təlim modullarının  hazırlanması da daxildir.  
Eyni zamanda regionlarla paytaxtın informasiya mübadiləsini təşkil etmək, regionlarda yeni informasiya texnologiyalarından istifadə sayını artırmaq, bu sahədə məlumatlı olan gənclərin öz fəaliyyətlərində İKT-dən istifadələrini stimullaşdırmaq, sosial şəbəkələrdə onların fəallığını və səmərəliliyini artırmaq layihənin əsas istiqamətlərindəndir.

Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL