waplog

AMEA ilə Türkiyə Elm-Texnoloji Araşdırmalar Qurumu arasında əməkdaşlıq haqqında Protokol layihəsi müzakirə ediləcək


Azərbaycan Milli Elmlər Akademiyası ilə Türkiyə Elm-Texnoloji Araşdırmalar Qurumu (TÜBİTAK) arasında əlaqələr genişlənir. Bu günlərdə AMEA ilə TÜBİTAK arasında əməkdaşlıq haqqında Protokol layihəsinin müzakirəsi, o cümlədən iki qurum arasında əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair fikir mübadiləsinin aparılması nəzərdə tutulub.
 
Belə ki, AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Elmi-Təşkilat İdarəsinin rəisi, riyaziyyat üzrə fəlsəfə doktoru Əminağa Sadıqov və Beynəlxalq Əlaqələr İdarəsinin rəis müavini Zərifə Əliyeva Ankara şəhərinə ezam olunublar.
 
AMEA Rəyasət Heyəti Mərkəzi Aparatı İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, səfərin məqsədi cari ilin noyabr ayında Türkiyədə keçiriləcək Azərbaycan və qonşu ölkə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının üçüncü iclasında imzalanacaq ikitərəfli sənədlərin qarşı tərəflə razılaşdırılması prosesində iştirak etməkdir. Səfər çərçivəsində sözügedən müzakirələrin aparılması da gözlənilir.


Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL