waplog

Dünyada ən kiçik tranzistor yaradılıb


Yaponiya, İngiltərə və Cənubi Koreyadan olan alimlərin birgə səyi nəticəsində dünyada ən kiçik tranzistor yaradılıb. Onun ölçüsü cəmi 2 nanometr təşkil edir ki, bu da qabaqcıl prosessor və yaddaş çiplərində istifadə edilən 32 nanometr nümunələrdən olduqca kiçikdir. “Gizmondo” saytından jurnalistlər hesab edirlər ki, belə tranzistorları tamamilə "kvant" adlandırmaq olar, belə ki, kvant effekti onun istehsal prosesinə əhəmiyyətli təsir göstərib.
Element otaq temperaturunda tamamilə işləkdir və yaradıcılar onu mobil qurğularda istifadə üçün tamamilə yararlı hesab edirlər. Layihənin rəhbəri professor Choi Jung-bum 2 nanometrlik prosessor qurğulardan yaranan effekti partlayışla müqayisə edir və öz məsləkdaşları ilə birgə tranzistorun sənayeni lərzəyə salacağı vaxtı gözləyirlər.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL