waplog

2015-ci ildə “Samsung” şirkəti elastik displey istehsal edəcək


Cənubi Koreyanın “Samsung” şirkəti 2015-ci ildə elastik displey istehsal edəcək. Bu barədə şirkətin vitse-prezidenti Kvon O Hyun Seulda keçirilmiş təqdimatda söz verib.

Onun sözlərinə görə, mobil rabitə sahəsində bəzi texnologiyaları təkmilləşdirmək üçün şirkətə təxminən iki il vaxt lazım olacaq.

“ICTnews” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki,  Kvon O Hyunun sözlərinə görə, “Samsung Electronics” şirkəti informasiya-kommunikasiya texnologiyaları tətbiq etməklə, həmçinin yaxın on il ərzində tibb avadanlığı istehsalı sahəsində liderə çevrilməyi qarşısına məqsəd qoyub. Kvon Hyun, həmçinin şirkətin 2020-ci ilədək illik satış həcmini 400 milyard dollara qədər artırmaq planı barədə bildirib.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL